Daxili İşlər Nazirliyi Zaqatala rayonunda itin döyülərək öldürülməsi barədə yayılan görüntülərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan azdin.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı rayon polis şöbəsində araşdırma aparılır:

“Araşdırmanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək”.

Qeyd edək ki, sosial şəbəkərdə Zaqatalada çayxananın həyətinə girən it şəkər yediyi üçün döyülərək öldürülməsi barədə foto yayılıb

Paylaş