Gecə saatlarında Xaçmaz-Quba yolunun 2-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, qəza zamanı “Mercedes” və VAZ-2107 markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində 1985-ci il təvəllüdlü Rafiq Ayvaz oğlu Ləzgiyev xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş