Bakının Xəzər rayonunda 22 və 29 yaşlı şəxslər yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıblar.

“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü İsmayıl İlqar oğlu Bağırov və 2001-ci il təvəllüdlü İlkin Samir oğlu Qocayev müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Paylaş