Məmmədli qəsəbəsində sürücü qəza zamanı ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə qəsəbənin Mehdi Hüseynzadə küçəsində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü İbadət Yadigar oğlu Mustafayev idarə etdiyi VAZ-2107 markalı maşınla yolun sərt döngəsində sükana nəzarəti itirib. İdarəetmədən çıxan VAZ-2107 eyni istiqamətdə olan “Ford” markalı mikroavtobusa çırpılıb.

Qəza zamanı minik avtomobili deformasiyaya uğrayıb, İ.Mustafayev ağır bədən xəsarətləri alıb. Yaralı Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.

Paylaş