Adam oğurluğunda təqsirləndirilən Elxan Valiev, Əli Xangəldiyev və Vaqif Hüseynov barəsindəki hökmdən apellyasiya şikayəti verilib. Azdin.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Anar Tanrıverdiyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 17-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Valiev və Əli Xangəldiyev 8 il 6 ay, Vaqif Hüseynov isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: İstintaq orqanı tərəfindən Elxan Valiev, Əli Xangəldiyev və Vaqif Hüseynov barəsində Cinayət Məcəlləsinin 144.2.5 (Adam oğurluğu) və 133 (Əzab vermə) maddələri ilə yekun ittiham irəli sürülüb. Onlar bir kişi və bir qadını oğurlamaqda təqsirli bilinirlər.

Paylaş