Bakının Yasamal rayonunda evdə dava zamanı bir nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış massivində baş verib.

Belə ki, 41 yaşlı Gülmira Fazil qızı Mustafayeva hadisə vaxtı bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Paylaş