Bakıda daha bir məhkum ölüb.

Korrupsiya.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin paytaxtda yerləşən cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.

Orada saxlanılan Qasım İlyas oğlu İsgəndərov dünyasını dəyişib.

Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, Goranboy sakini Qasım İsgəndərov 2019-cu ildə gəlinini qısqanclıq zəminində qətlə yetirib.

Bildirək ki, Şəmkir rayonunun Yeni Həyat qəsəbəsində gəlini, 1985-ci il təvəllüdlü Səma Qasımovanı güllələyərək qətlə yetirən qayınatası Sahib Həsənov da oktyabrın 24-də cəzaçəkmə müəssisəsində vəfat edib.

Paylaş