Bakı Apellyasiya Məhkəməsində avtomobillə “Bakumooz Kitab evi”nin rəhbəri Nürəddin Məmmədlini vuraraq öldürməkdə təqsirləndirilən Şamil Eyvazovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Hadisə ötən il avqustun 28-i saat 23 radələrində paytaxtın Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində qeydə alıb. Belə ki, Şamil Eyvazovun sərxoş vəziyyətdə idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Nurəddin Məmmədlini vuraraq hadisə yerini tərk edib. Nəticədə piyada oradaca ölüb. Daha sonra sürücü hadis yerindən qaçıb, avtomobil isə rayon ərazisində tapılıb. Şamil Eyvazova qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma – ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırlatma: Qəzada vəfat edən 30 yaşlı N.Məmmədli “Bakumoz” kitab evinin sahibi idi. O, bukinist və dizayner kimi də fəaliyyət göstərib. Kitab evi metronun “28 May” və “Neftçilər” stansiyaları yaxınlığında fəaliyyət göstərir.

Paylaş