Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Kikboksinq Federasiyasının dələduzlquda ittiham olunan sabiq vitse-prezidenti, idmançı Səbuhi Rəcəbin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin ilkin növbəti iclası oktyabrın 31-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: S.Rəcəb 3 nəfərə qarşı 240 min manatdan çox dələduzluq etməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan olunub. S.Rəcəb BDU-nun Hüquq fakultəsini bitirib. Konstitusiya Məhkəməsində işləyib. Eyni zamanda peşəkar idmançı və biznesmen olub. 2015-ci ildə Kikboksinq Federasiyasında vitse-prezident kimi çalışıb.

Paylaş