“Ölkədə COVID-19 ilə bağlı vaksinasiya prosesi demək olar ki, böyük uğurla başa çatıb”.
Korrupsiya.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bunun nəticəsində epidemioloji vəziyyət qənaətbəxşdir:
“Vaksin ehtiyatımız yetərincədir. Vaksin olunmayanlar üçün hələ də gec deyil. Vətəndaşları məsuliyyətlərini dərk edərək vaksinasiya olunmağa çağırıram”.