Sumqayıtda 86 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ

Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib.

“Korrupsiya” apa-ya istinadən xəbər verir ki, hadisə Azərbaycan prospektində baş verib.

Yolu keçmək istəyən 1937-ci il təvəllüdlü Rəsul Nəcəf oğlu Cəlilovu “KIA” markalı avtomobil vurub.

R. Cəlilov xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Fakt araşdırılır

Paylaş