Bakının Nərimanov rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə “Baksol” yolunda qeydə alınıb.

Ərazidəki restoranın qarşısında 1990-cı il təvəllüdlü Orxan Abdulməcid oğlu Babayev tanışı ilə əlbəyaxa dava edən zaman bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Paylaş