Noyabrın 11-də saat 20 radələrində Nizami rayonu ərazisindən “Toyota” markalı avtomobil qaçırılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini S.Quluzadə müəyyən olunaraq saxlanılıb.

Nizami Rayon Polis İdarəsində araşdırma aparılır

Paylaş