Tovuz rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun “ASAN xidmət” mərkəzinin önündə qeydə alınıb.

Tovuz rayon sakini, 1955-ci il təvəllüdlü Surxay Nağıyevi avtomobil vurub.

O, ağır halda xəstəxanaya yerləşdirilib. Onun bud sümüyünün sındığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş