İnsan alverində təqsirləndirilən Təranə Qarayevanın barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası noyabrın 28-nə təyin edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə

Qarayeva 8 il azadlıqdan məhrum edilib.

Qeyd: Təranə Qarayeva DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İttihama görə, o, iki azərbaycanlı qadını istismar məqsədilə Türkiyəyə aparıb.

Qadınları cinsi istismara məruz qoyma faktı ilə əlaqədar Təranə Qarayevanın barəsində Cinayət Məcəlləsinin 144-1 (insan alveri) maddəsi ilə ittiham irəli sürülüb.

 

 

Paylaş