Bakı Apellyasiya Məhkəməsində Hacıqabulda rayonunda qəsdən sağlamlığa ağır zərər vurmada Sahəddin Tağıyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 30 aprel 2023-cü il tarixdə, saat 13 radələrində Hacıqabul şəhəri, H.Həmidov küçəsində yerləşən “Loğman” aptekin yaxınlığında qeydə alınıb.
Belə ki, rayon sakini, 1962-ci il təvəllüdlü Sahəddin Tağıyev əvvəllər tanıdığı və aralarında düşmənçilik və ya ədavətin olmadığı zərərçəkmiş Əli Məmmədovla söhbət edən zaman ona verdiyi əl fənərinin təmir edilərək vaxtında geri qaytarmadığını söyləyib. Bu zaman təqsirləndirilən şəxs üzrində olan bıçaqla zərərçəkmiş şəxsin qarın nahiyəsinə və üz nahiyəsinə qəsdən zərbələr endirib. Nəticədə o, Əlinin sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirib.
Onun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.