Özbəkistanın keçmiş kənd təsərrüfatı naziri Aziz Voitov ölkənin baş prokurorunun tələbi ilə oğurluqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinərək həbs edilib,
Bu barədə Ali Məhkəməsinin mətbuat xidmətinun yaydığı məlumatda bildirilib.

İstintaq Voitovu mənimsəmə və ya xüsusilə böyük miqyasda mənimsəmə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilir.

O, 2022-ci ilin avqustundan 2023-cü ilin oktyabrına qədər kənd təsərrüfatı naziri vəzifəsində çalışıb, daha sonra bu vəzifəni İbroxim Abduraxmonov yerinə yetirib. Bundan əvvəl Voitov 2020-ci ilin mart ayından investisiyalar və xarici ticarət nazirinin birinci müavini olub.

Paylaş