“Biz, “Binəqədi Park” şirkətinin bizə satdığı mənzillərdə yaşayırıq. Bizdən evin dəyərindən əlavə, sakinlərdən 1000 manat pul aldılar ki, 3 növ sayğac quraşdırılacaq. Amma bu günə kimi sayğaclardan xəbər yoxdur.
Qışın günü soyuqdan donuruq. Mənzillərə qaz verilməyib, işıq tez-tez kəsilir. Evlərə gələn su da çirklidir, dəhşət qoxu var.
Sanki bir vaxtlar bu evləri bizə pulsuz veriblər. İndi də yenidən şirkət bizdən 1000 manat pul istəyir ki, qaz çəkilsin. Bilmirik, doğrudan çəkəcəklər, yoxsa yenə bizi aldadırlar?!
Həyətdə yaşıllıq yoxdur, ancaq çirkab, qum, toz dumanın içində yaşayırıq. 2 qışdır zülm çəkirik.
Sizdən xahiş edirik, problemimizi işıqlandırın, bəlkə bir tədbir görülə”.
Şikayətçilərin redaksiyamıza göndərdiyi videoları olduğu kimi təqdim edirik: