Beyləqan rayon ərazisində yerləşən Xocavənd qəsəbəsində yaşayan şəhid valideynləri dələduz tərəfindən aldadıldığını iddia edir.

Bizim.Media-nın yerli bürosuna müraciət edən şəhid Xəyal Namazovun atası Xudaverdi Namazov başına gələnləri əməkdaşımıza danışıb.

Xudaverdi Namazovun sözlərinə görə, özünü qeyri-hökümət təşkilatının rəhbəri kimi təqdim edən Hamlet Gülməmmədov adlı şəxs əvvəllər şəhidin böyük şəkli vurulmuş yeri onlardan alaraq xatirə bulağı tikmək qərarına gəlib.

İddialara görə, Hamlet Gülməmmədov öncə xatirə bulağının təşkilat tərəfindən inşa ediləcəyini desə də, sonra ailədən tikinti materiallarına və usta xərclərinə görə dəfələrlə pul alıb. Lakin ailənin sonradan tələb edilən əlavə məbləğə imkanı çatmadığı üçün işi dayandırmaq qərarına gəliblər.

Nəticədə isə şəhid ailəsi dələduzluğun qurbanı olduqlarını bildirirlər.

Daha ətraflı hazırladığımız videoreportajda:

Paylaş