Xaçmaz rayon Çiləgir kənd orta məktəbinin direktoru Anar Nəcməddinli tutduğu vəzifədən uzaqlaşdırılıb.
Direktorun bu vəzifədən çıxarılmasına əsas səbəb onun qanunsuz əməlləri olub.Beləki o, müxtəlif qeydiyyat yerlərinə aid olan şagirdlərin adlarını direktor olduğu Çiləgir kənd orta məktəbinin şagird siyahısına daxil edərək onların təhsildən yayınmasına şərait yaradıb.
Qeyd edək ki,Anar Nəcməddinli 5 il bundan əvvəl həmin vəzifəyə təyin edilmişdi.