“Abşeron tekstil” MMC-yə inzibati protokol yazılıb.

Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 482.1-ci (Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

İş Astara Rayon Məhkəməsinin hakimi İlqar Məmmədovun icraatındadır. Baxış iclası 2024-cü ilin yanvarın 8-də keçiriləcək.

Paylaş