“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinə inzibati protokol yazılıb.
Gömrük Komitəsi zavod barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.
İş Gəncə Şəhər Məhkəməsinin hakimi Orxan Cəfərlinin icraatındadır. Baxış iclası yanvarın 9-da keçiriləcək.