Korrupsiya.az informasiya agentliyi xəbər verir ki, tanınmış idmançı Anar Süleymanlı öz sosial şəbəkə platformasında Gənclər və İdman Nazirliyini sərt tənqid edib.

İdmançı onlara göstərilən laqeyd münasibətdən, diqqətsizlikdən gileylənib.

Anar Süleymanlının sərt tənqidini sizlərə olduğu kimi təqdim edirik.
…….
Ümid edirəm ki, mənim və bir neçə ədalətsizliklə üzləşmiş idmançıların haqqsəsi , media vasistəsi ilə, hər zaman idmançıların dostu, ümid yeri olan, Prezidentimiz İlham Əliyev Cənablarına çatdırılacaqdır.
…………

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, mən hər dəfə idmançılar adından çıxış edirəm , amma bu dəfə özümlə bağlı yazmağı düşündüm.

40 – yaşım olmasına baxmayaraq, hələ 2023-cü il ərzində , “peşəkar” və “həvəskar” döyüşlərin cəmində, 5-döyüş keçirərək, bunların 3-ündə qalib gəlmişəm. Hansı ki, uduzduğum döyüşlər belə, canlı olaraq dünyanın möhtəbər kanallarında yayımlanıb.( bu yaşda, tək-tük adamlar döyüşür)
İl boyu sizin apardığınız layihələrdə təlimatçı kimi iştirak etmişəm.

Sonuncu Dünya çempionatında həm idmançı, həm də təşkilatçı kimi iştirak etmişəm. 30 -illik, idman sahəsindəki xidmətlərimə görə mənzillə bağlı müraciət edirik, dəyərləndirmirsiz. Xankəndində tədbir edirsiz, bizi idmançı kimi dəvət etmirsiz, “İlin yekunu” adlı tədbirə dəvət etmirsiz.

BU NƏ MƏSƏLƏDİR???
Əyər bizim idman növünü ciddiyə almırsızsa , o zaman bizə Dünya çempionatında iştirak etməyimiz üçün niyə VİZA müraciəti üçün məktub verirsiz, və ya verirsizsə niyə bizdən bir nəfəridə olsa, tədbirə dəvət etmirsiz ? Biz mənzil və ya “dəvət” dilənçisi deyilik. Ancaq bizim yaxınlarımız, ailə üzvlərimiz, tələbələrimiz buna baxır və biz, bu acı mənzərəyə söz tapıb deyə bilmirik . Bu, bizim üçün təhqirdir. Bizim yerimizə özünüzü qoyun və çalışın , adekvatlıq göstərəsiniz.

Paylaş