Xocavənd rayonu ərazisində yerləşən Hadrut qəsəbəsinin tikintisi məqsədilə söküntü və şaquli planlaşdırma işləri aparılacaq.
Sözügedən işlərin həyata keçirilməsi “Ramco” QSC-yə həvalə olunub.
Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti layihə ilə bağlı QSC-yə 2 003,464 min manat ödəniş edəcək.