“OBA” marketlər şəbəkələrinə daxil olan mağazalardan birində müştəri fərqli qiymətlə qarşılaşıb.
Bu barədə müştəri sosial şəbəkədə paylaşım edib.

“Bu da fırıldağın yeni növüdür. Guya endirim ediblər, kassada başqa qiymət çıxır. Satıcıya, kassirə məlumat verdim. Hərəsi bir tərəfdən dedi dedilər ki, biz nə edək. Qiymət dəyişən qız da dedi ki, yaxşı etmişəm. Artıq bu neçənci dəfədir ki, bu mağazada piştaxtada olan qiymətlə kassa qiyməti eyni olmur” – şikayətçi qeyd edib.

Paylaş