İran və Rusiya rubl və rialla ticarət etmək barədə razılığa gəldikdən sonra qarşılıqlı ödənişlərdə ABŞ dollarından rəsmən imtina ediblər.

Bununla bağlı Rusiyada iki ölkənin Mərkəzi Bankının rəhbərləri arasında keçirilən görüşdə saziş də imzalanıb.

İran Mərkəzi Bankı bəyan edib ki, yeni maliyyə və bank platformalarının yaradılması, İran və Rusiya arasında münasibətlərdə “yeni səhifə” açıb.Müqavilə banklara və sahibkarlara SWIFT olmayan pul mesajlaşma sistemləri kimi alternativ maliyyə və bank platformalarından istifadə etməyə imkan verir. Bura həm də milli valyutalarda ikitərəfli broker əlaqələrinin qurulması daxildir.

ABŞ-nin sanksiyalarına məruz qalan İran və Rusiya ilk dəfə 2022-ci ilin iyulunda ikitərəfli ticarətdə ABŞ dolları əvəzinə öz milli valyutalarından istifadə etmək planlarını açıqlayıblar.

Bu həftənin əvvəlində Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinin (Aİİ) üzvləri İranla tam hüquqlu Azad Ticarət Sazişi (STA) imzalayıblar. Ötən il Moskva və Tehran Qərbin iqtisadi sanksiyaları qarşısında iqtisadi əməkdaşlığını xeyli gücləndiriblər.

Paylaş