Qax Rayon Mərkəzi Xəstəxanasının yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması ilə bağlı elan etdiyi kotirovka sorğusunun qalibi məlum olub.

Sorğunun qalibi “EFC Group” MMC ilə 9,180 min manat məbləğində satınalma müqaviləsi imzalanıb

Qeyd edək ki, xəstəxana tərəfindən müsabiqə 24.11.2023 tarixində elan olunub. “EFC Group” MMC isə bundan 3 ay əvvəl – 22.08.2023 tariində dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Quliyev Elçin Rzabala oğlu, hüquqi ünvanı Abşeron rayonu, Masazır, Qurtuluş y/k, ev 34, m. 8-dir.

Paylaş