Fransız alimləri altı ölkədə – Fransa, Belçika, İtaliya, İspaniya, Türkiyə və ABŞ-də 17 minə yaxın COVID-19 xəstəsinin ölümünü malyariya əleyhinə olan hidroksiklorokin dərmanının qəbulu ilə əlaqələndiriblər.

Bu barədə “Biomedicine & Pharmacotherapy” jurnalında dərc olunan məqalədə qeyd edilib.

Bildirilir ki, dərman pereparatı koronavirus xəstələrinə onun faydasını təsdiq edən sübutlar olmadığı üçün təyin edilib.

Yazıda həmçinin 2021-ci ildə “Nature” jurnalının hesablamaları da yer alıb.

Bildirilir ki, hidroksiklorokinin istifadəsi ürək ritminin pozulması və digər əks təsirlər səbəbindən ölüm hallarını 11 faiz artırıb.

2020-ci ilin aprel ayında isə Rusiyada malyariya əleyhinə dərman olan hidroksiklorokin COVID-19 xəstəliyinin müalicəsi üçün təyin oluna bilən dərmanlar siyahısına daxil edilib. 2020-ci ilin iyun ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əks təsirlərinə görə koronavirusa yoluxmuş insanlar üçün reseptlərdən biri kimi dərmanın sınaqdan keçirilməsini dayandırıb.

Rusiya Səhiyyə Nazirliyi  isə 2021-ci ilin mayında hidroksiklorokini COVID-19-un qarşısının alınması və müalicəsi üçün tövsiyələr siyahısından çıxarıb.

Paylaş