Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti ləğv olunduğunu elan edib.
Kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 35 ünvanına bildirə bilərlər.
Bioloji Müxtəlifliyin Qorunması Xidməti Prezident İlham Əliyevin 16 yanvar 2019-cu il tarixli, ETSN-nin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərmanı çərçivəsində Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidməti ilə Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun əsasında yaradılıb.