“Araz supermarket” MMC-yə inzibati protokol yazılıb.

Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun icraatındadır.

Xatırlatma: MMC barəsində bu maddə ilə bir neçə dəfə protokol tərtib olunub.

Qeyd: “Araz supermarket” tanınmış iş adamı Aydın Veysəloğlu Talıbovun rəhbərlik etdiyi “Veysəloğlu” şirkətlər qrupuna daxildir.

Paylaş