Əgər pandemiyadan öncə Azərbaycanda 4000-dək turizm şirkəti fəaliyyət göstərirdisə, pandemiyadan sonra turizm şirkətlərinin sayı 2500-ə enib.

Bunu Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Turizm sənaye subyektlərinin forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2000-ci illərin əvvəlində Azərbaycanda cəmi 250 hotel fəaliyyət göstərirdi: “İndi isə bu say qat-qat artıqdır. Respublikanın bütün bölgələrində hotellər fəaliyyət göstərir. Hətta regionlarda dünya səviyyəli hotellər fəaliyyət göstərir.

Brend hotellərin fəaliyyəti isə ölkədə investisiya mühitinin yüksək səviyyədə olması deməkdir. Bu eyni zamanda Azərbaycanın bir turizm ölkəsi kimi qəbul edilməsi deməkdir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan yaxın gələcəkdə turizm sahəsində Qafqazda birinci yerdə olacaq. Bunun üçün bütün imkanlar  və potensial mövcuddur”, – Ağakərimov qeyd edib.

Paylaş