Gürcüstan Patriarxlığı Tbilisidə Müqəddəs Üçlük – Sameba Katedralında saxlanılan, üzərində İosif Stalinin təsviri olan “Moskva Matronası”nın ikonasının yenidən təsvirini tələb edib.
Bu barədə Patriarxlıq məlumat yayıb.
“İosif Stalinin Müqəddəs Matrona ilə görüşünə kifayət qədər sübut olmadığı üçün, onun həyatının kanonik mətnlərinə bu barədə məlumat daxil edilmədiyindən və Rus Pravoslav Kilsəsi tərəfindən tanınmadığından bu epizodu dəyişdirməyi nəzərə almaq vacibdir”, – məlumatda deyilir.
Patriarxlıq ikonanın onu məbədə bağışlayanlar tərəfindən yenidən təsvirini tələb edir, əks halda kilsə özü bunu edəcək.
Qeyd edək ki, Stalinin ikonada təsviri geniş tənqidlərə səbəb olmuşdu.