Forbes hər il dünyanın ən varlı insanlarının siyahısını təqdim edir. Sfera.az xəbər verir ki, budəfəki siyahıda 5 azərbaycanlı da var.
Siyahıya İqtisad elmləri doktoru, Rusiyanın “Lukoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov 24,9 milyard sərvətlə başçılıq edir.
İqtisad elmləri doktoru, Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti Araz Ağalarov 11,9 milyard ilə ikinci yerdə qərarlaşıb. O, “Krokus intenəşnl” Şirkətlər Qrupunun prezidenti, “Krokus-Bank” idarə heyətinin sədri, Rusiya İstehsalçılar və İdxalçılar İttifaqının prezidenti, Moskva Beynəlxalq Biznes Assosiasiyasının və “Opora Rossii” ictimai təşkilatının vitse-prezidentidir.
Üçüncü yeri 6,5 milyard sərvət ilə İskəndər Mahmudov tutur. Rusiyanın mis istehsalının demək olar ki, yarısı, sink istehsalının 2/3-si, metal kirayəsi biznesinin isə 1/4 hissəsi onun əlindədir.
Dördüncü yerdə isə 4,3 milyard ilə Qod Nisanovdur. O, 1990-ci ildə “AST” kampaniyasında işləyib, 2001-ci ildə Lyublinoda şəriki Zarah İliyevlə birgə “Moskva” ticarət mərkəzini açıb, 2005-ci ildə isə “Biskvit” kompaniyasını və “Ukrayna” otelini alıb. 2006-cl ildə “Avropa” otelini açıb. 2000-2005-ci illərdə “Doymond Katters” MMC-də çalışıb. 2005-ci ildən “Kiyevskaya Ploşad” holdinqin idarə heyətinin sədridir.
Neft və neft məhsullarının satışı üzrə ixtisaslaşan “Tansley Trading” şirkətinin sahibkarı, 1,4 milyard sərvətə sahib Fərhad Əhmədov isə milyarderlər siyahısında beşinci yerdədir.