Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin direktoru Daxil Qurbanov həyat yoldaşı Fəxriyyə Ağarəhim qızı Qurbanovanı özünə təsərrüfat işləri üzrə müavin təyin edib.

F.Qurbanova bundan öncə Xaçmazın İstisu kənd orta məktəbində lobarant vəzifəsində çalışıb.

Qeyd edək ki, bu, rayon təhsil sektorunda baş verən ilk qohum təyinatı deyil. Belə ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektorunun keçmiş müdiri İnqilab Musayev də oğlunu,1990-cı il təvəllüdlü Əfsun Musayevi özünə sürücü təyin etmişdi./konkret.az

Paylaş