Yol verdiyi kobud qayda pozuntusuna görə sürücü işdən uzaqlaşdırılıb.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat Xidmətindən Oxu.az-ın sorğsuna cavab olaraq bildirilib.

 

 

Bildirilib ki, araşdırma zamanı məlum olub ki, hadisə iddia olunduğu kimi Sumqayıt şəhərində deyil, Bakı şəhərində 18 saylı marşrut avtobusunda qeydə alınıb:

“Yol verdiyi kobud qayda pozuntusuna görə sürücü Elşən Şövkət oğlu Abdullayev daşıyıcı şirkət “Xaliq Faiqoğlu” tərəfindən artıq xətdən kənarlaşdırılıb, əmrinə xitam verilməsi qərara alınıb”.

***
Sumqayıtda sərnişindaşıma ilə məşğul olan avtobusun sürücüsü sükan arxasında “TikTok”da canlı yayım açıb.

Bu barədə görüntülər Baku.ws-də paylaşılıb.

İddialara görə, hadisə 3 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb.

Görüntülərdən də aydın olur ki, izləyicilər sürücüyə dəfələrlə kəmər taxması və canlı yayımı bağlaması barədə xəbərdarlıq etsələr də, o, buna məhəl qoymayıb.

Sözügedən videonu təqdim edirik:

Paylaş