“At-abray” təsərrüfat cəmiyyətinin Azərbaycandakı filialına inzibati protokol yazılıb.
Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 482.3-cü (Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
İş Qaradağ Rayon Məhkəməsinin hakimi Teymur Qurbanovun sədrliyi ilə araşdırılacaq.