“RİCH S.A” MMC-nin yarım milyon manatdan çox pulunu mənimsəmədə təqsirləndirilən Tamilla Əliyevanın barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Anar Tanrıverdiyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 23-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Tamilla Əliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Tamilla Əliyeva paytaxtda fəaliyyət göstərən “RİCH S.A” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) işçisi olub.
Tamilla Əliyeva şirkətin yarım milyon manatını mənimsəyib. Ona Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.