Epşteynin  telefon kitabında  İngiltərə, İspaniya, İsrailin sabiq baş nazirləri, Səudiyyə şahzadələrinin, Kennedi, Rokfeller və Rotşild klanlarının üzvləri, milyarderlər, siyasətçilər, elm adamları, səfirlərin telefon nömrəsi olub 

Azyaşlı qız uşaqlarını milyarderlərə satmaqda günahlandırılan Cefri Epşteyn qalmaqalından sonra dünyada itkin düşən uşaqlar gündəmə gəlib.

Türkiyədə baş verən dəhşətli zəlzələlərdən sonra uşaqların itkin düşməsi ilə bağlı iddialar da səsləndirilir. Belə ki, Epşteynin pilotu Nadya Marçinko qızların Türkiyədən ABŞ-a qaçırıldığını bildirib.

Türkiyənin Ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş zəlzələ qurbanlarının itkin düşməsi ilə bağlı iddialara cavab verib: “1912 uşaqdan birinin belə itkin düşməsi mümkün deyil. Uşaqların şəxsiyyətinin müəyyənləşdirilməsini Səhiyyə, Daxili İşlər, Ədliyyə və Ailə nazirlikləri birlikdə aparıb”.

Xatırladaq ki, 14-18 yaşlarında onlarla qıza qarşı cinsi istismarda günahlandırılan Cefri Epşteyn 2019-cu il avqustun 10-da Nyu-Yorkun Manhetten Metropolitan Mərkəzi Həbsxanasında ölü tapılıb.

Digər tərəfdən, Epşteyninin qurbanlarından olan Virciniya Giuffre 2021-ci ildə məhkəməyə müraciət edərək, Şahzadə Endryunun 17 yaşında olarkən Nyu-York və Londonda ona təcavüz etdiyini iddia edib. Giuffre bildirib ki, Şahzadə onun yetkinlik yaşına çatmadığını bildiyi halda onun razılığı olmadan ona cinsi təcavüz edib.

Ceffri kim olub?

2019-cu ilin iyul ayının 6-da ABŞ-da  sensasion bir həbs gerçəkləşir. Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları Fransadan ABŞ-a qayıdan məşhur milyarder Cefri Epşteyni Nyu-Cersi aeroportunda həbs edir. Ona uşaqbazlıq, cinsi istismar və insan alveri ittihamı elan olunur. Bu ittihamlarla onu 45 il cəza gözləyirdi.

1-1.JPG (76 KB)

Paylaş