ABŞ-ın Şimali Karolina ştatının sakini yanacaqdoldurma məntəqəsindən lotereya bileti alaraq milyon dollar udub. 

Bu barədə “The U.S. Sun” məlumat yayıb.

Şaron Kulpepper yanvarın 8-də avtomobilinə yanacaq doldurmaq üçün Nyuportdakı BP stansiyasında dayanıb. Qadın benzin pulunu ödəyərkən məşhur lotereyadan 10 dollara bilet də alıb.

Maşına qayıdanda o, biletin qoruyucu təbəqəsini silib və bir milyon dollarlıq mükafatı udduğunu görüb. Qadın lotereya təşkilatçıları ilə əlaqə saxlayıb və onlar bildiriblər ki, 20 il ərzində 50.000 dollar olmaqla bütün uduşu hissə-hissə ala və ya 600.000 dollar məbləğində pulu dərhal geri götürə bilər. Kulpepper ikinci variantı seçib və uduşdan vergi ödəyərək 429 min dolların sahibi olub.

Qadın pulu borclarının ödənilməsinə, yeni avtomobil almağa və evin təmirinə xərcləməyi planlaşdırır.

Paylaş