Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin İdarə Heyətinin üzvü, “Demirören Şirkətlər Qrupu” Baş Əməliyyat Direktoru Salih Tüfekçi məhkəməyə verilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi S. Tüfekçi ilə bağlı iddia qaldırıb.

Məhkəmə işinin mahiyyəti vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə xüsusi icraatdır.

İşə hakim Zeynəb Axundovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, bir neçə il öncə “Azərlotereya” ASC Türkiyənin “Demirören Holding” şirkətinə idarəetməyə verilmişdi.

Paylaş