Bakı Apellyasiya Məhkəməsində banka olan dollar borcunu restruktizasiya edəcəyi ilə bağlı dələduzluq etməkdə təqsirləndirilən Nurlan Bağışovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası fevralın 15-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hökmü ilə Nurlan Bağışov 6 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.
İttihama əsasən, Nurlan Bağışov sahibkar Müşviq Əsgərovun “Access Bank”a olan 366 min dollar kreditinin manata çevirəcəyinə vəd edərək ondan 77000 manat pul alıb.
O, özünü zərərçəkmişə vəzifəli şəxs kimi təqdim edib, Milli bankın sədri ilə atasının dost olduğunu deyərək yalan vədlər verib.
Nurlan Bağışov 31 oktyabr 2020-ci ildə saxlanılıb. Sonradan Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərarı ilə şərti azadlığa buraxılmışdı.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.