Ermənistanın paytaxtı İrəvanda yerləşən “İzmirlyan” tibb mərkəzinin direktoru Armen Çarçyan hazırda onun işi üzrə hökmün çıxarılacağı məhkəmə binasına gəlib.

Bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Məhkəmə Çarçyanı 3 il 7 ay şərti həbs cəzasına məhkum edib. Ötən ilin oktyabrında məhkəmə iclasında prokuror onun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Tanınmış həkim və eks-deputat 2021-ci il parlament seçkiləri zamanı seçicilərə təzyiq göstərməkdə günahlandırılıb. O, bir neçə ay həbsdə olub, daha sonra zaminə buraxılıb.

Ötən ilin payızında Çarçyan mandatından imtina edərək yenidən tibb müəssisəsinə rəhbərlik edib.

Paylaş