Ölkəmizdə keçirilən bu seçki, əlbəttə ki, əlamətdar hadisədir. Bu seçkini əlamətdar edən məsələ isə həm də bundan sonrakı işlər olacaq. Nəinki iqtisadi məsələlərdə, bütün sahələrdə islahatlar, dəyişikliklər gözlənilir. Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov bildirib.

“Prezident İlham Əliyev and içəndən və təzə hökuməti təyin edəndən sonra böyük proses başlayacaq. İqtisadi dəyişiklər ilk növbədə sosial məsələlərdə olacaq ki, burada maaş artımından tutmuş müavinətlərə qədər, ciddi dəyişiklik gözlənilir. O cümlədən, hələ seçkilərdən əvvəl, daha dəqiq, Qarabağ müharibəsindən sonra başlayan yenidənqurma işlərində də dəyişiklik gözlənilir”, – V.Əhmədov qeyd edib.

Paylaş