Daşkəsən Rayon İcra Hakimiyyəti məsələ ilə bağlı məlumat yayıb.

Daşkəsən RİHBA-da Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin sabiq böyük məsləhətçi Süleymanova Ramida Rafiq qızı 25.06.2023-cü il və təkrar olaraq 04.07.2023-cü il tarixlərdə 2 dəfə ərizə ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin sabiq başçısı Əhəd Abıyevə müraciət edərək Gəncə şəhərində yaşadığını, səhhətində yaranan  problemlərə görə gedib-gələ bilmədiyini bildirərək işdən azad olunmasını xahiş edib.

“Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısının 04.07.2023-cü il tarixli, 81 nömrəli sərəncamı ilə öz ərizəsinə əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun  33.1.1  maddəsinə uyğun olaraq tutduğu vəzifədən azad olunmuşdur”, – məlumatda qeyd olunub.

***

2024-02-10 16:24

Daşkəsən Rayon İcra Hakimiyyətində qalmaqal yaranıb.
Qurumun Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi Ramida Süleymanova işdən çıxarılıb.

Rəhbərliyin bu qərarına etiraz edən Ramida Süleymanova məhkəməyə müraciət edib. O, Gəncə İnzibati Məhkəməsində Daşkəsən Rayon İcra Hakimiyyəti ilə bağlı iddia qaldırıb.

Ramida Süleymanovanın iddiasına hakim Fikrət Hüseynovun sədrliyi ilə baxılacaq. Mayın 14-nə iş üzrə şifahi məhkəmə baxışı təyin edilib.

Məlumata görə, Ramida Süleymanovanın tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır.

Ramida Süleymanova Yeni Azərbaycan Partiyasnın (YAP) üzvüdür.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi hazırda boşdur. Ötən ilin iyulunda icra başçısı Əhəd Abıyev vəzifəsindən azad edilib. Həmin vaxtdan rayona icra başçısı təyin edilməyib./Qaynarinfo

Paylaş