Azərbaycanda hazırda kart alan zaman ən çox diqqət yetirilən məqamlardan biri də kəşbek faizləridir. Kəşbeklərin çoxluğu müştərini həmin banka daha çox cəlb edir. Banklar da biri digərindən daha çox kəşbek verməyə çalışırdılar. Son zamanlar bəzi bankların kəşbek faizləri aşağı düşüb. Bu nə ilə əlaqədardır? İrəliləyən zamanlarda kəşbeklərin tamamilə ləğv olunması ehtimalı varmı?
Bu barədə Valyuta.az-a danışan “FINANCE MASTERS GROUP” şirkətinin təsisçisi və baş direktoru, maliyyə və bank eksperti Xəyal Məmmədli bildirib ki, “ƏDV geri al”dan fərqli olaraq, kəşbek dövlət layihəsi deyil. Bu vəsait bankların özlərinin və ticarət nöqtələrinin vəsaiti hesabına müştərilərə qaytarılan bir bonus kimi qiymətləndirilə bilər:
Ekspert kəşbeklərin azalmasının başqa səbələrindən də danışıb:
“Bankın bazardakı rəqabət məsələsi də burada öz rolunu oynaya bilir. Əgər, rəqib banklar o qədər də yüksək kəşbek vermirlərsə, bank da bunu ona uyğunlaşdırır. Daha çox müştəri cəlb etmək fikri olan banklar yenə də yüksək kəşbek verməkdə davam edə bilərlər. Amma onun bazar payı onu qane edirsə, strateji hədəflərinə uyğundursa, bu zaman o da kəşbek faizləri ilə bağlı olan siyasətini bazara uyğunlaşdırır”.
X.Məmmədli qeyd edib ki, qarşıdakı dövrlərdə kəşbeklər ləğv oluna da bilər, olunmaya da bilər:
“Kəşbek o qədər də vacib bank funksiyası deyil. Kart sahiblərinə kartın qalığına gəlir hesablanması metodu da var. Banklar bundan da istifadə edə bilər, kəşbeklərdən də istifadə edə bilər ki, müştərilərinə motivasiya versin. Kəşbeklərin ləğv olunma ehtimalı azdır. Artıq bu bazarda popular istifadə olunan formadır. Amma müəyyən zaman keçdikdən sonra yeni trendlər, bazarda yeni alətlər yarana bilər, kəşbeklərin ləğv olunması ehtimalı da var”.v