“Sevimli Dad”, “Sonti” brendlərinin sahibi olan “Milk-Pro” MMC bölünür.
“Xətai Development” MMC şirkətin tərkibindən ayrılır.
Bununla da, “Milk-Pro” MMC yenidən təşkil olunur və “Xətai Development” şirkətin bəzi hüquq və öhdəlikləri üzrə hüquq varisi olur.
Qeyd edək ki, “Milk-Pro” MMC 04.06.1996 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Məmmədov Mustafa Mehman oğludur. Şirkətin nizamnamə kapitalı 10 min manat, hüquqi ünvanı Xətai rayonu, Həsən Salmani, ev 4-dür.