Rolls-Royce şirkəti hazırda dünyanın ən bahalı avtomobili olan yeni kabrioletini təqdim edib.

Söhbət şəxsi sifarişlə yaradılan “Arcadia Droptail” adlı avtomobildən gedir.

Hazırlanan avtomobil 600 at gücündə,  6,75 litrlik V12 tvin-turbo mühərriklə təchiz edilib. Kabrioletin interyeri bahalı dəri və qızılgül ağacı ilə bəzədilib, onun yaradılması Rolls-Royce əməkdaşlarının səkkiz min saatdan çox vaxtını alıb.

Avtomobilin dəyəri 30 milyon dollar təşkil edib.

Paylaş