Süni intellekt çiplərinə tələbat artmaqda davam edərkən, Kaliforniya mərkəzli çip istehsalçısı “Nvidia” Səudiyyə Ərəbistanının neft şirkəti “Saudi Aramco”nu geridə qoyaraq 2,056 trilyon dollarlıq bazar dəyəri ilə dünyanın üçüncü ən dəyərli şirkəti oldu.

Dünən Nvidia-nın səhmləri 4 faiz artaraq 822,79 dollara çatıb. Bununla da ilin əvvəlindən şirkətin səhmlərindəki artım 66 faizi ötüb.

 

 

Bu gün bazar dəyəri 2,056 trilyon dollara çatan “Nvidia”, “Saudi Aramco”nu geridə qoyaraq dünyanın üçüncü ən dəyərli şirkəti oldu.

“Saudi Aramco”nun bazar dəyəri 2,046 trilyon dollar olaraq hesablanıb.

“Microsoft” 3,087 trilyon dollarlıq bazar dəyəri ilə və “Apple” 2,774 trilyon dollarlıq bazar dəyəri ilə ilk iki mövqedəki yerlərini qorumağa davam ediblər.

Keçən ay “Nvidia” bazar dəyərinə görə “Amazon”u, sonra isə “Google”un ana şirkəti “Alphabet”i geridə qoydu.

Keçən ilin may ayında süni intellekt çiplərinə artan tələbat səbəbindən 1 trilyon dollara çatan şirkətin bazar dəyəri keçən həftə ilk dəfə olaraq 2 trilyon dolları keçib.

Paylaş