Bu gün Gəncə Şəhər İcra Hakimiyyətində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən xüsusi əməliyyatın keçirildiyi bildirilir.
Bu barədə məlumat yayan Sfera.az saytı yazır ki, əməliyyat zamanı saxlanılanlar olub.
“Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və digər müavinlər, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, Baş memar Elxan Məmmədov saxlanılıb”, – deyə mətbu orqan qeyd edir.