Bakıda şagird özünü məktəb binasından atıb. “Unikal”ın əldə etdiyi məlumata görə, hadisə ötən gün Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdə baş verib.
Belə ki, sözügedən təhsil müəssisəsinin 9-cu sinif şagirdi dərs zamanı özünü məktəbin 2-ci mərtəbəsindən atıb.
Qız uşağı müxtəlif bədən xəsarətləri alıb.
Onun hansı səbəbdən bu addımı atması hələlik məlum deyil.